"Bizim əsrlər boyu dövlətimiz olmayıb".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib. 

Baş nazir çıxışında dövlətin superkompüterdən istifadə etməyi öyrənməli olduğunu bildirib: "Xüsusən də hökumət və Təhsil, Elm və Texnologiya Nazirliyi superkompüteri idarə etməyi öyrənməlidir.

Daha geniş kontekstdə desək, superkompüter həm də dövlətdir. Bizim əsrlər boyu dövlətimiz olmayıb. Dövlət ən mürəkkəb superkompüterdən daha mürəkkəbdir. Bu bizim problemimizdir. Bundan necə istifadə edəcəyimizi bilmirik. Biz superkompüteri götürüb onunla top oynamaq istəyirik, amma o, bunun üçün nəzərdə tutulmayıb". 

Ağarza Elçinoğlu