Zəhərli Afrika ilanı Moskva Zooparkının əməkdaşını sancaraq öldürüb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Hadisə işçinin ilana yem verdiyi zaman baş verib.
Dərhal hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunsa da, zərərçəkmişi xilas etmək mümkün olmayıb. Hadisənin hansı şəraitdə baş verdiyini müəyyən etmək üçün xidməti araşdırma aparılır.
Seymur Əli