Aktauda Qazaxıstan və Azərbaycanın hərbi dəniz qüvvələrinin “Caspian Breeze - 2025” təlimləri keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bundan əvvəl Aktauda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə qərargah danışıqları olub.

Təlimlər Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq. Gəmilər gəldikdən sonra təlimlərin planı və xəritələrdəki epizodların təfərrüatları dəqiqləşdiriləcək.