Aprelin 10-da Britaniya şahzadəsi Harri Ukraynaya səfər edib və Lvovda Ukrayna Silahlı Qüvvələri yaraqlılarının müalicə olunduğu xəstəxanaya baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat dərc edib. 

"Sasseks hersoqu dörd veteranın müşayiəti ilə Lvovdakı Superhumans Mərkəzinin klinikasına getdi", - KİV yazıb. 

Ukrayna mətbuatı Britaniya şahzadəsinin döyüşlər zamanı yaralanan ukraynalı yaraqlılarla birgə fotolarını yayımlayıb. 

Böyük Britaniya kralının oğlunun Ukraynaya səfəri barədə heç bir açıqlama verməyib. 

Gülayə Mecid