Dağıstanda bir anda üç kəndin xarici aləmlə əlaqəsi kəsilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən kəndlər qar uçqunu altında qalıb. 

Bildirilir ki, qar kütləsi yolu tamamilə bağlayıb. Ölən və yaralananlar barədə məlumat yoxdur. Əraziyə aidiyyatı qurumlar cəlb olunub.