ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyaya səfər edib.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Peskov əlavə edib ki, Kreml Rusiya prezidenti Vladimir Putinin Vitkoff ilə görüşüb-görüşməyəcəyini açıqlayacaq.
Aprelin 11-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Vitkoffun uçduğu təyyarə Sankt-Peterburqa eniş edib.