Pekin və Təl-Əviv arasında 18 aylıq fasilədən sonra birbaşa uçuşlar bərpa edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Uçuş müddəti təxminən doqquz saatdır.
Xatırladaq ki, Hainan Hava Yolları 2016-cı ildə Pekin-Təl-Əviv marşrutu ilə İsrailə birbaşa uçuşlar açan ilk Çin aviaşirkəti olub. 2023-cü ilin oktyabrında İsrail və HƏMAS arasında münaqişənin başlamasından sonra Pekin və Şanxaydan İsrailə uçuşlar dayandırılıb.