Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik forumda iştirak edəcəyi Antalyaya gedib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq. O, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etdiyi Alma-Atıdan Türkiyəyə uçub.
Tərəflər beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Qara dəniz regionunda işlərin vəziyyətini müzakirə edəcəklər.