Ukrayna prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, onun sözlərini AFP sitat gətirib.
"Lütfən, hər hansı bir qərar qəbul etməzdən əvvəl, hər hansı danışıqları aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın", - deyə o, bildirib.
Zelenski əlavə edib ki, Tramp Ukraynaya səfərindən sonra Rusiya prezidenti Vladimir Putinin “ölkəyə nə etdiyini” başa düşəcək.
Gülayə Mecid