Silivri Həbsxanasında saxlanılan Əkrəm İmamoğlu və Murat Ongunun etirazı məhkəmə tərəfindən rədd edilib.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə KİV yazıb.  

Qeyd edək ki, martın 23-də həbs edilən və daha sonra korrupsiya istintaqı çərçivəsində vəzifələrindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və Murat Ongun məhkəməyə saxlanmalarına  görə etiraz ediblər.