Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra mətbuat konfransında deyib.
Jurnalistlərin yeni sanksiyalar paketində Rusiyadan mayeləşdirilmiş təbii qazın tədarükünə qadağanın daxil olub-olmayacağı ilə bağlı sualına Kallas belə cavab verib: "Müzakirələr davam edir, lakin siz bilirsiniz ki, sanksiyaların tətbiqi üçün 27 ölkənin hamısının razılığı lazımdır. Mənim fikrimcə, mümkün olan ən güclü sanksiyalar paketini tətbiq etmək lazımdır".