ABŞ-nin Kaliforniya ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Culian şəhərindən 4 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 13,4 km dərinlikdə olub.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.