Ermənistanda Prokurorluq baş nazir Nikol Paşinyana alma atmaqda təqsirləndirilən Qarabağ ermənisi, 71 yaşlı Albert Arstamyana bəraət verilməsi ilə bağlı məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Arevik Xaçatryan açıqlayıb.
Bundan əvvəl İrəvan Cinayət Məhkəməsi aprelin 11-də Arstamyana qarşı ittihamların sübuta yetirilmədiyi ilə bağlı bəraət hökmü çıxarıb. Mənəvi zərərin ödənilməsi və digər məsələlərin müzakirəsi üçün məhkəmədə əlavə dinləmələr keçiriləcək.
Xatırladaq ki, Albert Arstamyan 2024-cü il avqustun 23-də Kanaker-Zeytun inzibati rayonundakı Rubinyants 2 ünvanında yerləşən binanın 9-cu mərtəbəsinin eyvanından Nikol Paşinyana alma atmaqda ittiham olunur.
Ağarza Elçinoğlu