Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (NCDC) ölkədə ilin əvvəlindən bəri "Lassa" qızdırmasından 127 nəfərin öldüyünü açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, epidemiyanın başladığı yanvar ayından indiyədək ümumilikdə 4025 şübhəli hal qeydə alınıb və bu halların 674-ü laboratoriya testləri ilə təsdiqlənib.
Ən çox təsirlənən yaş qrupu 21-30 yaş arası gənclər olsa da, yoluxanların əksəriyyətinin kişilər olduğu qeyd edilib.
Qurum vurğulayıb ki, epidemiya ilə mübarizədə üzləşdiyi ən böyük problemlər əhalinin səhiyyə xidmətlərinə müraciət edə bilməməsi, bəzi bölgələrdə müalicə xərclərinin yüksək olması və məlumatlılığın olmamasıdır.