Daşkəsəndə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun dağ kəndlərinə gedən yolda baş verib. Hərəkətdə olan “Chevrolet Niva“ ilə “VAZ“ markalı minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, qəzaya səbəb havanın qarlı olması olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov