Polşa Fələstin dövlətini rəsmən tanıyıb.
"Unikal" xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.
"Polşa İsrailin mövcudluq hüququna və fələstinlilərin hüquqlarına hörmət edir. Varşava Qəzza zolağında münaqişəyə son qoymaq səylərini dəstəkləyir", - Sikorski vurğulayıb.
Xatırladaq ki, aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.