Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20 yaşlı R. Məmmədovu  vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov