Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsi ərazisində qeydə alınıb. 2004-cü il təvəllüdlü Rübabə Zeynalova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

21  yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov