Rusiyanın hərəkətləri, o cümlədən Rusiya Silahlı Qüvvələrinin Sumı şəhərinə endirdiyi zərbələr həmkarı Vladimir Putinə “danışıqların birinci raundunda uduzan” ABŞ prezidenti Donald Trampın səriştəsizliyinin nəticəsi idi.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak deyib.
Onun sözlərinə görə, Rusiyanın hərəkətləri ABŞ prezident administrasiyası üçün növbəti dərs olub. General qeyd edib ki, Vaşinqton indi “Rusiyanı daha yaxşı tanıyır və ondan nə gözlədiyini bilir”.
"Trampın mövqeyi tezliklə dəyişəcək və o, Moskvaya qarşı təhdidlərdən istifadə edərək daha qətiyyətli davranmağa başlayacaq. Beləliklə, Tramp Putinlə danışıqların ilk raundunda uduzmuş kimi görünür. Ona görə də düşünürəm ki, amerikalılar artıq Ağ Evdəki mövqelərinə yenidən baxırlar və düşünürəm ki, bu, yaxın gələcəkdə səsləndiriləcək".
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə raket zərbəsi endirib. Hadisə nəticəsində 30-dan çox dinc sakin ölüb, onlarla insan yaralanıb.
Gülayə Mecid