İslam Respublikası sülhün əldə olunmasında İrəvan və Bakıya dəstək verməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikası xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib.
Diplomat həmçinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin regional sabitlik üçün əhəmiyyətini vurğulayıb və sənədin imzalanmağa hazır olduğunu bildirərək hər iki ölkəni gələcəyə diqqət yetirməyə çağırıb.
O, sülhsevər gələcəyi təmin etmək üçün qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlığa çağırıb.
Ağarza Elçinoğlu