Mingəçevirdə 31 yaşlı kişi boğazı kəsilmiş vəziyyətdə qəbiristanlıqda aşkarlanıb. 

"Unikal"ın məlumatına görə, yaxınları tərəfindən axtarılan 1994-cü il təvəllüdlü şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev qəbiristanlıqda atasının məzarı üstündə ağır yaralı halda tapılıb.

Boğazından kəsik və deşik xəsarəti alan yaralı təcili xəstəxanaya çatdırılıb.

Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma başlanılıb. 

Ehtiram Muradov