Süni intellekt həkim və müəllim çatışmazlığı ilə bağlı problemləri həll edəcək.

"Unikal" xəbər verir ki, bunu “Microsoft”un həmtəsisçisi Bill Qeyts deyib.

Onun sözlərinə görə, süni intellekt tezliklə həkim və müəllim çatışmazlığını aradan qaldırmağa kömək edəcək, həmçinin fiziki əməyi də dəyişdirəcək. O, əmindir ki, süni intellekt insanlara daha tez təqaüdə çıxmağa və ya daha az işləməyə imkan verəcək.