İsrailin keçmiş baş naziri Naftali Bennet səhhəti ilə əlaqədar gecə saatlarında Kfar Saba xəstəxanasına yerləşdirilib.
"Unikal" xəbər verir ki, xXəstəxanadan verilən məlumata görə, Bennett İsrail Mərkəzi Xəstəxanasında ürək kateterizasiyası keçirib.
Bu ayın əvvəlində növbəti milli seçkilərdə iştirak etməyə hazırlaşdığı güman edilən Bennett müvəqqəti olaraq "Bennett 2026" adlı yeni siyasi partiyanın qeydiyyatdan keçdiyini elan etmişdi. O, baş nazir Binyamin Netanyahunun əsas rəqibidir.