Romada İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı qapalı danışıqların ikinci raundu başa çatıb.
"Unikal" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər “bir sıra prinsiplər və məqsədlər üzrə daha yaxşı qarşılıqlı anlaşmaya nail ola biliblər”. Omanın Romadakı səfirliyində keçirilən görüşdən sonra gələcək saziş üçün əsasların formalaşdırılmasına başlamaq qərara alınıb.
Danışıqların üçüncü turu gələn həftə Omanın paytaxtı Maskatda keçiriləcək. Vaşinqton və Tehran Omanın vasitəçiliyi ilə danışıqlar aparacaq. Növbəti görüşdə Amerika tərəfi müstəsna olaraq nüvə məsələsini qaldıracaq.
Söhbət İranın nüvə silahına malik olmayacağına, lakin dinc nüvə enerjisi hüququnu saxlayacağına zəmanət verən mümkün sazişdən gedir. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) sənəd imzalanacağı təqdirdə şərtlərə əməl olunmasına nəzarət etməyə hazır olduğunu bəyan edib.