Ötən gün Bakının Qaradağ rayonunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

"Unikal"
ın məlumatına görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 6-sı kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfə əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.