Çin və Azərbaycan elektron kommersiya sahəsində əməkdaşlığı genişləndirməyə davam edir.

"Unikal" xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey keçirdiyi brifinqdə söyləyib.

Səfir bildirib ki, Çin Azərbaycan məhsullarının Çin bazarında təşviqi üçün elektron kommersiya platformasından istifadədə Azərbaycana dəstək göstərir.

Onun sözlərinə görə, tərəflər rəqəmsal iqtisadiyyat və elektron kommersiya platformalarının texnologiyaları sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalayıb.

“Biz Azərbaycan şirkətlərinin Çin bazarında uğurlu inkişafına kömək etmək məqsədilə elektron kommersiya sahəsində öz təcrübəmizi bölüşməyə hazırıq”,- deyə Lu Mey vurğulayıb.