Ukrayna prezidenti Volodimir Zelenski Çexiyaya səfər edib.

"Unikal" xəbər verir ki, səfər zamanı o, Ukrayna Silahlı Qüvvələrinin (AFU) ehtiyacları üçün dünyanın müxtəlif yerlərindən mərmilərin alınmasını nəzərdə tutan Praqa artilleriya təşəbbüsünü davam etdirmək istədiyini bəyan edib.

O, həmçinin bildirib ki, hərbi aviasiyanı, xüsusən pilotlar üçün təlim proqramlarının genişləndirilməsi və Ukrayna Hərbi Hava Qüvvələrini F-16-larla təmin etmək məsələlərində “yaxşı xəbərlər” gözləyir.