Şəkidə ev yanıb.

"Unikal" xəbər verir ki, Şəki şəhəri Ə.Haqverdiyev küçəsində 1971-cı il təvəllüdlü Həmidov Vidadi Elman oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Yanğın yerinə Şəki rayon YMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 250 k/m olan fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seymur Əli