Samuxda 39 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Füzuli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1986-cı il təvəllüdlü X.Əsgərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, X.Əsgərova yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Fakt araşdırılır.
Tural Əhmədov