Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.