Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza şəhərin giriş qapılarına yaxın ərazidə baş verib.

Müxtəlif bədən xəsarətləri alan iki qadın xəstəxanaya çatdırılıb.1960-cı il təvəllüdlü Ucar rayon sakini Svetlana Səmədova əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib.1968-ci il təvəllüdlü Şamba Süleymanovaya isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov