Yük avtomobili 16 yaşlı yeniyetmənin ayağını əzib keçib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhərində, Dövlət Dram Teatrının yaxınlığında baş verib.

Belə ki, ehtiyatsızlıq səbəbindən "Kamaz" markalı yük maşını 2009-cu il təvəllüdlü Salmanlı Musa Emil oğlunun ayağı üzərindən keçib.

Pəncə və ayaq nayihəsindən çoxsaylı xəsarətlər alan yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin zəruri tibbi yardım aldıqdan sonra yaralı yeniyetmənin paytaxt klinikalarından birinə köçürülməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov