Mayın 25 -i saat 15:00 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 1991-ci  il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfinin açıq yarası diaqnozu ilə hospitalizasiya edilib. 

Bu barədə "Unikal"a Xəstəxanadan bildirilib.

Qeyd edilib ki, pasiyentə zəruri tibbi yardım göstərilib,vəziyyəti ağır olaraq qiymətləndirilir.Müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

*** 20:28

Ağstafa rayonunda 34 yaşlı kişi kafedə bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 34 yaşlı kişiyə yardım edilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

C.Əlimərdanlının hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov