Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 2-ci km də qeydə alınıb. Şəmkir istiqamətdə olan "VAZ 2106" markalı minik maşını TIR-ın qoşqusuna çırpılıb. Qəzadan sonra "VAZ 2106" idarəetmədən çıxaraq yol kənarındakı maneyə çırpılıb.

Nəticədə 1980-ci il təvəllüdlü Günay Malikova xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov