Xaçmazda görmə qabiliyyəti məhdud olan qadını öldürən şəxsin kimliyi məlum oldu.
"Unikal"ın məlumatına görə, ötən gün Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb. 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanın rayonun Xaspoladoba kənd sakini Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə basdırıldığı müəyyənləşib.
Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
**** 23:05
Xaçmazda 2 il öncə baş verən cinayətin üstü açılıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan şəxs, 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, G.Cahangirova taksi sürücüsü tərəfindən qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca