İşğal illərində Laçında və digər ərazilərimizdə tarixi abilərimizə qarşı vandallıq aktı törədilib. 217 mədəniyyət, 101 təhsil və 142 tibb müəssisəsi, 462 ticarət obyektləri, 30 rabitə və bir çox sənaye obyektləri məhv edilib. 54 dünya əhəmiyyətli tarixi abidə və 200 yerli əhəmiyyətə malik abidəyə xeyli ziyan dəyib.
"Unikal" xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
"Bu gün Laçın rayonunda 3491 nəfər yaşayır ki, onlardan da 571 ailə birbaşa Laçın şəhərində məskunlaşıb. Bu da 2091 nəfərin öz doğma torpaqlarına qayıtması deməkdir. Onların rahat yaşayışı üçün bütün şərait yaradılıb. Torpaqlar azad olunandan dərhal sonra genişmiqyaslı tikinti və yenidənqurma işlərinə başlanıldı. Laçın da bu prosesdən kənarda qalmadı", - deyə Məsim Məmmədov diqqətə çatdırıb.