İyunun 3-də 1-ci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi Sahil Nurəddin oğlu İbrahimov dəfn edilib. 

"Unikal" xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, şəhidin ailə üzvləri, doğmaları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhid üçün cənazə namazı qılındıqdan sonra itkin-şəhidin nəşinin qalıqları yaylım atəşi, hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən şəhidin yaxınlarına təqdim olunub.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi şanlı Qələbədən danışıb, Birinci Qarabağ müharibəsi qəhrəmanlarının missiyasının uğurla tamamlandığını bildirib. O, döyüş meydanında qazanılan Zəfər nəticəsində həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu, həm də başımıza gətirilən müsibətlərin qisasının alındığı qeyd edib.

Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Dəfn mərasimindən sonra ehsan süfrəsi açılıb.

***12:13

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

"Unikal" xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.

Şəhid üçün cənazə namazı qılınıb.

Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.