2025-ci ilin may ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 6485 reyslə 155 568 sərnişin yola salınıb.
"Unikal" xəbər verir ki, onlayn gediş bileti əldə edən sərnişin sayı isə 35 690 və ya 22.4% olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% çoxdur.
2025-ci ilin may ayı üzrə reys və sərnişin statistikası
1. Bakı-Gəncə: 614 reys 22 259 sərnişin
2. Bakı-Q.Körpü: 478 reys 16 278 sərnişin
3. Bakı-Xaçmaz-Xudat: 429 reys 14 404 sərnişin
4. Bakı-Qusar: 417 reys 11 134 sərnişin
5. Bakı-Quba: 382 reys 9 975 sərnişin
6. Bakı-Mingəçevir: 319 reys 8 398 sərnişin
7. Bakı-Naxçıvan: 165 reys 7 028 sərnişin
8. Bakı-Şəki: 373 reys 6 555 sərnişin