Azərbaycanda ən dərin zəlzələlər Xəzərdə baş verir. Zəlzələlərin ocağı 60-70 kilometr dərinlikdə yerləşir. Dinamika neft yataqları olan ərazilərdə daha yüksəkdir.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80 illiyinə həsr olunmuş "Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya" mövzusunda konfransda "Azərbaycanın müasir seysmodinamik şəraiti" mövzusunsa çıxış edən AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru professor Qurban Yetirmişli deyib.

Hər bir zəlzələnin özünün dinamik parametrlərinin olduğunu vurğulayan baş direktor fikirlərinə belə davam edib: "Hər zəlzələ qeydə alınan ocaqda qırlıb-düşmə, qalxma baş verir. Araşdırmalara görə, Xəzər dənizində maqnitudası 3-dən yuxarı olan zəlzələ olanda suyun səviyyəsinə çox təsir göstərir və su dərinliklərə doğru axmağa başlayır. Bu da suyun səviyyəsinin azalmasına təsir edir".