Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Lefke Avropa Universutetinin İdarə heyətinin sədri Ənvər Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetini ziyarət edib.
"Unikal" xəbər verir ki, ATMU rektoru İlham Mədətov ali təhsil müəssisəsində tədris prosesi, beynəlxalq və ölkəiçi tədbirlərdə iştirak barədə qonaqlara ətraflı məlumat verib.
Söhbət əsnasında mümkün əməkdaşlıq imkanları, o cümlədən beynəlxalq təhsil, layihə və proqramların təşkili məsələləri əsas prioritet istiqamət kimi dəyərləndirilib. Lefke Avropa Universitetinin nümayəndələri öz növbəsində Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında mövcud olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildirmişlər. Sonda xatirə şəkli çəkilib.