Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron tərtib olunması mümkün olub.
"Unikal" bu barədə Ədliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, “Elektron vəkil” sistemi çərçivəsində müflisləşmə prosesindən əvvəl və müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müqavilə və orderlərin elektron formada tərtib olunması zamanı tələb olunan məlumatların FİN (Fərdi İdentifikasiya Nömrəsi) və VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) əsasında birbaşa sistem üzərindən elektron qaydada əldə olunması imkanı təmin edilib.
Bu funksionallıq vəkillərin sənədləşmə prosesini sürətləndirməklə yanaşı, məlumatların düzgünlüyünün və operativliyinin artırılmasına da xidmət edir.
Daha ətraflı linkə keçid edərək tanış olmaq olar.
“Biznesin müflisləşməsi” İşçi qrupuna Ədliyyə Nazirliyi rəhbərlik edir.