Erməni Qriqoryan kilsəsinin rəhbəri II Qareginlə görüş nəzərdə tutulmayıb. Açığı desəm, onunla görüşməyi özümə yaraşdırmıram.
"Unikal" xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində Bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“Qaregin demək olar ki, dini sifətdən savayı siyasi sifətə bürünüb. Din adamının bu qədər siyasətə qoşulması onun aqibətini gətirib bu yerlərə çıxarıb. Ona görə də hələlik belə bir fikir yoxdur”, - deyə o qeyd edib.