Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Qurban bayramı münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, XTQ-nin kapitanı şəhid Nurlan Mustafayevin anası, “Hüseyn Cavid 33A”(“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova, AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri İlhamə Qəsəbova artıq 5 ildir ki,müqəddəs Qurban bayramını tamam başqa əhval-ruhiyyədə qeyd etdiyimizi deyiblər. Vurğulanıb ki, dualar qəbul olunub, ən böyük istəyimiz gerçəkləşib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən şəhid və aztəminatlı ailələrə bayram sovqatları təqdim edilib.

Şəhid və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.