2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.
"Unikal" xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Riqadakı "Skonto" stadionunda Latviya millisi ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.