Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən "Unikal"a verilən məlumata görə, "Shacman" markalı yük maşını ilə "Wolkswagen" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.