İranın İsrailə hava zərbələrində 385 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranın hücumları zamanı yaralanan 385 nəfər xəstəxanalara yerləşdirilib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində zərbələrin nəticəsində 12 nəfər həyatını itirib.
İranın hücumlarının başladığı vaxtdan indiyədək ümumilikdə 15 nəfər ölüb.
XXX
09:57
İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı artıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb
XXX
09:07
İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa tələsir.