Fransanın "Orano" şirkəti Ermənistana gizli şəkildə təhlükəli tullantılar göndərir və bunun müqabilində Ermənistanın baş nazirinə bağlı fonda müəmmalı ianələr verir.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın "Courrier France 24" qəzeti yazıb.
"Fransanın dövlət nüvə şirkəti olan "Orano" gizli şəkildə Ermənistana işlənmiş nüvə yanacağını nəql etməyə başlayıb və bu, ölkənin ekoloji cəhətdən ən həssas milli parklarından birində saxlanılacaq", - deyə məlumatda qeyd olunub.
2025-ci ilin iyununda başlayan ixrac Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ilə sıx bağlı olan fonda edilən böyük ianələrdən sonra həyata keçirilib.
"Orano" Fransanın nüvə yanacağı nəhəngidir. İllər boyu şirkət sərf olunmuş uran və digər radioaktiv məhsulları saxlamaq üçün Rusiyaya güvənmişdi. Ukraynadakı müharibədən qaynaqlanan Qərb sanksiyaları Rusiyaya ixracı qeyri-mümkün edəndə şirkət təcili olaraq başqa həll yolları axtarırdı.
Daxili "Orano" sənədləri göstərir ki, həll yolu gözlənilmədən Ermənistanda tapılıb. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə səfəri zamanı Makron və Fransanın enerji rəsmiləri ilə görüşündən bir neçə həftə sonra baş verib. İyun ayında nüvə tullantılarının ilk partiyası Ermənistana göndərilib. Nüvə tullantıları Dilican Milli Parkında tikilmiş obyektdə saxlanılır.
"Orano" Ermənistana nüvə tullantılarının ixracı planlarını yekunlaşdırarkən maraqlı maliyyə sövdələşməsi baş verib. 2025-ci ilin aprel və may aylarında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi "Mənim addımım" xeyriyyə fondu əvvəllər heç vaxt xeyriyyəçiliklə məşğul olmayan bir fransız şirkətindən 800 min avro dəyərində iki ayrı ianə alıb.
İşlənmiş nüvə yanacağı çox zəhərlidir. Onun seysmik aktiv zonada yerləşən Dilican Milli Parkında saxlanması heyvanlar aləminə və yerli icmalara təhlükə yaradır. Nüvə yanacağı min illər boyu radioaktiv olaraq qalır və torpağa sızaraq bütün ekosistemi zəhərləyə bilər.
"Orano"nun Ermənistanla razılaşması narahatedici qlobal tendensiyanın bir hissəsidir: zəngin ölkələrin şirkətləri öz təhlükəli tullantılarını yoxsul, daha az tənzimlənən ölkələrə ixrac edirlər. Amma bu iş siyasətçilərlə əlaqəsi baxımından unikaldır: Fransadan Ermənistanın baş naziri Paşinyanla əlaqəli fonda gözlənilməz ianələr, ardınca Ermənistana nüvə tullantılarının ixracına səssizcə icazə verilməsi və s.
Ağarza Elçinoğlu