Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Günəşli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Kamaz", “Mercedes” markalı yük avtomobilləri və “VAZ” markalı minik avtomobili toqquşub, 2 nəfər yük avtomobillərində sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***18:30
Şabranda avtomobil qəzası zamanı yaralanan şəxslərin kimliyi məlum olub.
“Unikal”ın məlumatına görə, Şabran rayonu ərazisində baş verən yol qəzasında Ağakişiyev Əmrulla Mustafa oğlu, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
***16:11
Şabranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-Niva", "KamAz" və "Mercedes-Atego" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca