Yekaterinburq məhkəməsinin qərarına əsasən, azərbaycanlıların işi üzrə təqsirləndirilən altıncı şəxs olan Bəkir Səfərov da 72 saat müddətinə həbsdə saxlanılacaq.

"Unikal" xəbər verir ki, yerli medianın məlumatına görə, dövlət ittihamçısı şərh verməkdən imtina edib.

*** 16:51

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir. Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.

XXX

13:51

Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir.

"Unikal" xəbər verir ki, A. Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.

XXX

11:34

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.

"Unikal" xəbər verir ki, həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

Məhkəmə M. Səfərovu iyulun 19-na kimi həbsdə saxlayıb.

XXX

09:50

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilij iyunun 27-də zor tətbiq edilərək sazlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə azərbaycanlılar barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə baxır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.