Xəbər verildiyi kimi, Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
"Unikal" xəbər verir ki, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***12:40
Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində iki nəfər batıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.
Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
***
10:03
Ağcabədidə kanalda batan şəxsin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, batan şəxs 2007-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğludur.
***
09:41
Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.
"Unikal"ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayon sakini olan 17 yaşlı oğlan kanalda batıb. Batdığı deyilən yeniyetmənin axtarışları üçün əraziyə FHN-nin dalğıc axtarış qrupu cəlb olunub.
Ehtiram Muradov